Ev Hərbi XəbərlərXotoveli: İranın nüvə silahı əldə etməsinə yol vermək olmaz

Xotoveli: İranın nüvə silahı əldə etməsinə yol vermək olmaz

by Baş Redaktor
29 Baxış

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçirilən görüşün əsas mövzusu İranın nüvə silahı əldə etməsinin qarşısının alınması olub.

Army.az xəbər verir ki, bunu İsrail Baş nazir Administrasiyasının sözçüsü Tsipi Xotoveli bildirib.

Onun sözlərinə görə, görüş olduqca məhsuldar keçib və tərəflər İranın nüvə silahına sahib olmaması məsələsində ortaq mövqe nümayiş etdiriblər.

“Qarşı-qarşıya olduğumuz rejimin təhlükəsini düzgün qiymətləndirməliyik. Belə bir rejimin ən təhlükəli silaha sahib olmasına imkan vermək olmaz”, – deyə Xotoveli vurğulayıb.

banner

Sözçü əlavə edib ki, ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsində qətiyyətli mövqedən çıxış edir.

Əlaqəli Yazılar Xüsusi