Ev DünyaBRICS genişlənir? Hindistan yeni ölkələri sammitə çağırır

BRICS genişlənir? Hindistan yeni ölkələri sammitə çağırır

by Baş Redaktor
22 Baxış

BRICS-ə sədrliyi həyata keçirən Hindistan sentyabr ayında keçiriləcək təşkilatın sammitinə tərəfdaş ölkələrin də dəvət olunmasını nəzərdən keçirir.

Army.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sammitdə yalnız BRICS-ə üzv dövlətlərin deyil, təşkilatla əməkdaşlıq edən digər ölkələrin də iştirakı mümkündür.

Caysval bildirib ki, hazırda Hindistan sammitin gündəliyinin hazırlanması üzərində işləyir. Bu məqsədlə nazirlər və ekspertlər səviyyəsində bir sıra görüşlər keçirilir, tədbirin yekun proqramı isə həmin müzakirələrin nəticələrinə əsasən formalaşdırılacaq.

banner

Əlaqəli Yazılar Xüsusi