Avrasiya İqtisadi İttifaqına (AAİB) üzv ölkələrin ümumi xarici borcu 2026-cı il aprelin 1-nə olan məlumata əsasən 552,6 milyard dollara yüksəlib.
Army.az xəbər verir ki, bu barədə Economist portalı məlumat yayıb.
Məlumata görə, birlik ölkələrinin xarici borcu son bir il ərzində 2,9 milyard dollar və ya 0,5 faiz artım göstərib.
Hesabatda qeyd olunur ki, eyni dövrdə Rusiyanın xarici borcu 13,9 milyard dollar və ya 4,5 faiz azalaraq 299,1 milyard dollara enib.Ən yüksək artım isə Ermənistanda qeydə alınıb. Bildirilir ki, ölkənin xarici borcu bir il ərzində 17 faiz yüksələrək 20 milyard dollara çatıb.
