Ev Hərbi XəbərlərABŞ-ın addımı gərginliyi artırdı – Müharibə başlayır

ABŞ-ın addımı gərginliyi artırdı – Müharibə başlayır

by Baş Redaktor
10 Baxış

ABŞ qoşunlarının Yaponiyadakı qərargahının genişləndirilməsi Koreya yarımadasında silahlı münaqişə riskini artırır.

Army.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA/ÇTAK) məlumat yayıb.

Agentliyin yaydığı açıqlamada bildirilir ki, “hətta ABŞ və onun müttəfiqləri də etiraf edirlər ki, Koreya yarımadasında fiziki toqquşma artıq ehtimal deyil, zaman məsələsidir”.

ÇTAK iddia edib ki, ABŞ qoşunlarının Yaponiyadakı komandanlığı tədricən Vaşinqtonun regiondakı müttəfiq qüvvələrini idarə edən “müharibə komandanlığına” çevrilir.

banner

Məlumatda həmçinin qeyd olunub ki, ABŞ bu yolla regionda uzunmüddətli və yüksək intensivlikli hərbi əməliyyatlar aparmaq imkanlarını genişləndirməyə çalışır.

Əlaqəli Yazılar Xüsusi