Ev Gündəmİki dəfə ölümcül zəhərdən sağ çıxan qadın görün nə etdi

İki dəfə ölümcül zəhərdən sağ çıxan qadın görün nə etdi

by Baş Redaktor
30 Baxış

ABŞ-da ölüm hökmünün icrası zamanı iki dəfə ölümcül inyeksiyadan sağ çıxan Krista Payk həbsxana rəhbərliyinə qarşı məhkəməyə müraciət edib.

Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Bildirilib ki, məhkum qadın həbsxanada antisanitar şəraitlə üzləşdiyini iddia edir. Onun sözlərinə əsasən, tarakanların yayıldığı duş otağını özü təmizləməyə məcbur edilir. Payk bunun sağlamlığının bərpası prosesinə mənfi təsir göstərə biləcəyini düşünür.

Şikayət ərizəsində qadın duş kabinəsinin tarakanlarla dolu olduğunu və onu müstəqil şəkildə təmizləməli qaldığını bildirib. O, mövcud şəraitin infeksiyaya yoluxma və əlavə xəsarət alma ehtimalını artırdığını vurğulayıb.

banner

Məhkəmə materiallarında qeyd olunur ki, Payk oktyabrın 9-da xəstəxanadan buraxıldıqdan sonra “Debra K. Johnson” islah müəssisəsinə köçürülüb. Daha sonra o, həbsxananın tibb bölməsində müddəti müəyyən edilməyən təcrid şəraitinə yerləşdirilib.

Sənədlərə əsasən, məhkumun digər saxlanılan şəxslərlə ünsiyyətinə, açıq havada gəzməsinə, əmək fəaliyyətinə cəlb olunmasına və dini tədbirlərdə iştirakına da məhdudiyyət qoyulub.

Əlaqəli Yazılar Xüsusi