Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) 2026–2027-ci illərdə Ukraynaya 90 milyard avro ayırma planına qoyduqları vetonu geri götürüblər.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bununla belə, hər iki ölkə proqramda iştirakdan imtina etdiyini təsdiqləyib.
Bundan əvvəl Aİ Şurasına Kiprin sədrliyi səfirlərin Rusiyaya qarşı 20-ci sanksiya paketini və Kiyevə maliyyə vəsaitlərinin ayrılmasını təsdiqlədiyini açıqlamışdı.
Gözlənilir ki, yaxın 24 saat ərzində qərar Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən yazılı prosedurla təsdiqlənəcək.
