Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Atlant Aero” müəssisəsinə və Rusiya qüvvələrinə məxsus patrul gəmisinə zərbə endirildiyini təsdiqləyib.
Army.az xəbər verir ki, aprelin 19-da Ukraynanın “Neptun” qanadlı raketləri ilə həyata keçirilən hücum nəticəsində “Atlant Aero” zavodu vurulub.
Bu müəssisənin “Molniya” tipli zərbə-kəşfiyyat pilotsuz aparatlarının, eləcə də “Orion” PUA-ları üçün komponentlərin istehsalı ilə məşğul olduğu bildirilir.
Bundan əlavə, aprelin 22-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti üçün nəzərdə tutulmuş 22460 layihəli patrul gəmisinə zərbə endirildiyi qeyd olunur. Sevastopolda yerləşən gəminin döyüş idarəetmə hissəsinin zədələndiyi təsdiqlənib.
