Ev DünyaKiyevdəki gizli görüşün iştirakçısı Abramoviç olub? – İddia

Kiyevdəki gizli görüşün iştirakçısı Abramoviç olub? – İddia

by Baş Redaktor
43 Baxış

Kreml may ayında Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən rusiyalı iş adamının kimliyini açıqlamayıb, lakin onun tanınmış sahibkar olduğunu bildirib.

Army.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında qeyd edib ki, Kiyevə gedən şəxs kifayət qədər iri biznes nümayəndəsidir və onu çoxları tanıyır. O, sahibkarın adını açıqlamaqdan imtina edib.

Bu fonda Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko həmin şəxsin Roman Abramoviç olduğunu iddia edib.

Deputatın sözlərinə görə, Abramoviç Kiyevdə Zelenski ilə görüşərək müəyyən məlumatları Rusiya Prezidenti Vladimir Putinə çatdırmaq missiyasını yerinə yetirib.

banner

Əlaqəli Yazılar Xüsusi