Ev DünyaRusiya ilə danışıqlarda Aİ-nin iştirakı vacibdir – Zelenski

Rusiya ilə danışıqlarda Aİ-nin iştirakı vacibdir – Zelenski

by Baş Redaktor
23 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan danışıqlar prosesində Avropa İttifaqının fəal iştirakının zəruri olduğunu bəyan edib.

Army.az xəbər verir ki, o, bu fikirləri Şimal-Baltik Səkkizliyi sammitində çıxışı zamanı səsləndirib.

Zelenski qeyd edib ki, Ukraynanın taleyinə təsir edən hər hansı danışıqlar Avropanın iştirakı olmadan keçirilə bilməz.

Onun sözlərinə görə, Avropa bu prosesdə yalnız vasitəçi statusu ilə kifayətlənməməli, danışıqların tamhüquqlu iştirakçısı olmalıdır.

banner

Əlaqəli Yazılar Xüsusi