Moskva istiqamətində həyata keçirilən pilotsuz uçuş aparatlarının hücumunun qarşısı alınıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyan məlumat verib.
O bildirib ki, səhər saatlarından etibarən şəhərə yaxınlaşan çoxsaylı Ukrayna dronu hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Onun sözlərinə görə, ümumilikdə 35 pilotsuz uçuş aparatı məhv edilib. Ən intensiv hücum dalğası səhər saat 07:03-dən 07:26-dək qeydə alınıb və bu müddətdə Ukrayna Silahlı Qüvvələrinə məxsus 15 dron zərərsizləşdirilib.
Mer qeyd edib ki, vurulan aparatların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmət əməkdaşları fəaliyyət göstərir və təhlükəsizlik tədbirləri görülür.
