Ev Hərbi XəbərlərZelenski: Ukrayna Rusiyanın 1200 km dərinliyindəki hərbi obyektə zərbə endirib

Zelenski: Ukrayna Rusiyanın 1200 km dərinliyindəki hərbi obyektə zərbə endirib

by Baş Redaktor
89 Baxış

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın bir sıra bölgələrində yerləşən hərbi və enerji infrastrukturuna, eləcə də Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə edildiyi bildirilən gəmilərə zərbələr endirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində əsas hədəflərdən biri Rusiyanın Kirov vilayətində yerləşən və Ukraynaya qarşı istifadə olunan silah sistemləri üçün komponentlər istehsal edən müəssisə olub.

Zelenski bildirib ki, həmin obyekt Ukrayna dövlət sərhədindən təxminən 1200 kilometr uzaqlıqda yerləşir və həyata keçirilən zərbə uzaqmənzilli əməliyyatların bir hissəsidir.

banner

Əlaqəli Yazılar Xüsusi