ABŞ Prezidenti Donald Tramp, onun ailə üzvləri və yaxın müttəfiqləri Vaşinqtonla Səudiyyə Ərəbistanı arasında nüvə enerjisi sahəsində əldə olunacaq razılaşmadan maliyyə mənfəəti götürə bilər.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, Trampın oğulları nüvə yanacağının istehsalı ilə əlaqəli şirkətlərə investisiya qoyur. Bundan əlavə, prezidentə məxsus media şirkətinin nüvə enerjisi sahəsində fəaliyyət göstərən startapla birləşməyə hazırlaşdığı bildirilir.
Qəzet həmçinin iddia edir ki, Tramp administrasiyasının bir sıra yüksək vəzifəli üzvlərinin və onun əsas maliyyə dəstəkçilərinin də sazişin həyata keçirilməsindən faydalana biləcək enerji şirkətləri ilə əlaqələri var.
