Ev TexnologiyaRusiyadan dəniz limanları üçün yeni müdafiə sistemi: “Plot-40”

Rusiyadan dəniz limanları üçün yeni müdafiə sistemi: “Plot-40”

by Baş Redaktor
33 Baxış

Rusiya dəniz bazalarını və limanlarını pilotsuz dəniz vasitələrinin mümkün hücumlarından qorumaq üçün yeni eksperimental müdafiə platforması hazırlayıb.

Army.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat yayıb.

Onun paylaşdığı foto və videolardan görünür ki, “Plot-40” adlandırılan üzən atəş dəstəyi platforması son illərdə dəniz infrastrukturuna qarşı həyata keçirilən hücumların təhlili əsasında hazırlanıb. Bu hücumlar ənənəvi müdafiə sistemlərinin yeni tip silahlar qarşısında zəif tərəflərini ortaya çıxarıb.

Platformanın uzaqdan idarə olunan pulemyot döyüş modulu ilə təchiz edildiyi bildirilir. Bununla belə, silah sisteminin idarə olunması üçün platformada ekipajın yerləşdirilib-yerləşdirilməyəcəyi, yaxud “Plot-40”ın hədəfləri avtomatik müəyyənləşdirə bilən süni intellekt imkanlarına sahib olub-olmayacağı açıqlanmayıb.

banner

Əlaqəli Yazılar Xüsusi