Ev DünyaArif: İran müharibə istəmir, amma müdafiəyə hazırdır

Arif: İran müharibə istəmir, amma müdafiəyə hazırdır

by Baş Redaktor
22 Baxış

İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif bildirib ki, Tehran müharibə və qarşıdurma tərəfdarı deyil, lakin buna məcbur ediləcəyi təqdirdə özünü qətiyyətlə müdafiə edəcək.

Army.az xəbər verir ki, Arifin sözlərinə görə, İran hərbi qarşıdurma istəmir, amma istənilən təhlükəyə cavab vermək iqtidarındadır.

O, həmçinin iddia edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdikləri siyasət və əməliyyatlar qarşıya qoyulan məqsədlərə çatmayıb.

“İran müharibə tərəfdarı deyil. Lakin ölkəmiz hərbi qarşıdurmaya məcbur edilərsə, özünü ən yüksək səviyyədə müdafiə edəcək. ABŞ və İsrail də qarşılarına qoyduqları hədəflərin heç birinə nail ola bilməyiblər”, – deyə Arif bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi