Ev DünyaReuters: PUA hücumundan sonra Tümen NEZ fəaliyyətini dayandırdı

Reuters: PUA hücumundan sonra Tümen NEZ fəaliyyətini dayandırdı

by Baş Redaktor
38 Baxış

Rusiyanın Tümen Neft Emalı Zavodu pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra xam neft emalını və neft məhsullarının istehsalını tamamilə dayandırıb.

Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “RI İnvest” şirkətinə məxsus müəssisəyə endirilən zərbə nəticəsində illik 2,6 milyon ton gücə malik dizel yanacağının hidrotəmizləmə qurğusunda, həmçinin yüksəkoktanlı avtomobil benzini istehsal edən kompleksdə yanğın baş verib.

Agentliyin həmsöhbətləri bildiriblər ki, zavodda benzin istehsalının nə vaxt bərpa olunacağı hələ məlum deyil.

banner

Əlaqəli Yazılar Xüsusi