Ev Ekspert rəyiRusiyadan “Poseydon” mesajı: Sunami effekti yarada bilər

Rusiyadan “Poseydon” mesajı: Sunami effekti yarada bilər

by Baş Redaktor
13 Baxış

Rusiyalı hərbi ekspert Aleksandr Stepanov bildirib ki, “Poseydon” nüvə torpedosu Rusiyanın arsenalındakı ən dağıdıcı silah sistemlərindən biri hesab olunur.

Army.az xəbər verir ki, onun sözlərinə görə, bu silah potensial rəqiblərə qarşı zəmanətli cavab zərbəsi endirmək üçün nəzərdə tutulmuş strateji çəkindirmə vasitəsidir.

“‘Poseydon’ istənilən potensial təcavüzkara qarşı cavab verməyə imkan yaradan çəkindirmə silahıdır. O, bunu maksimum dağıdıcı formada həyata keçirə bilər. Belə sistemlərin mövcudluğu Rusiyanın potensial rəqiblərinə qarşı strateji imkanlarını artırır”, – deyə Stepanov bildirib.

Ekspertin iddiasına görə, nüvə torpedosunun tətbiqi nəticəsində yarana biləcək güclü sunamilər sahilyanı şəhər və yaşayış məntəqələrində əlavə dağıntılara səbəb ola bilər.

banner

Əlaqəli Yazılar Xüsusi