Ev TexnologiyaUkraynaya ən çox silahı hansı ölkələr verib? – Yeni statistika

Ukraynaya ən çox silahı hansı ölkələr verib? – Yeni statistika

by Baş Redaktor
24 Baxış

Kiel Universitetinin hazırladığı hesabata əsasən, Ukraynaya hərbi yardım çərçivəsində rəsmi şəkildə açıqlanan silah tədarüklərində müxtəlif kateqoriyalar üzrə fərqli ölkələr liderlik edir.

Army.az xəbər verir ki, tank tədarükündə ilk yeri Ukraynaya 254 tank verən Polşa tutur.

Sonrakı yerlərdə Niderland (86 tank), Almaniya (78) və Danimarka (57) qərarlaşıb. Avstraliya isə Ukraynaya 49 ədəd M1A1 Abrams tankı göndərib.

Artilleriya sistemlərinin sayına görə Böyük Britaniya 94 vahidlə birinci, ABŞ 90 vahidlə ikinci, İtaliya 40, Danimarka isə 37 vahidlə sonrakı yerlərdədir.

banner

Zirehli texnika tədarükündə ABŞ 290 vahidlə liderdir. Almaniya 154, Danimarka 130, Böyük Britaniya isə 118 vahid zirehli texnika təqdim edib.

Hava hücumundan müdafiə sahəsində Almaniya ən böyük dəstəyi göstərib. Berlin Ukraynaya 30 Gepard qurğusu, 2 Patriot batareyası, 2 IRIS-T sistemi və 500 Stinger raketi və ya buraxılış qurğusu təhvil verib.

ABŞ isə 6 NASAMS sistemi, 8 Avenger qurğusu, 1 Patriot batareyası və 423 Stinger raketi və ya buraxılış qurğusu təqdim edib.

Hesabatda vurğulanır ki, statistikaya yalnız rəsmi şəkildə açıqlanmış hərbi yardımlar daxil edilib. Bir sıra ölkələrin silah tədarüklərini məxfi saxlaması səbəbindən faktiki mənzərənin daha fərqli ola biləcəyi qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi