“Qərbdə Rusiyanın Ukraynada guya məğlub olduğu və eyni zamanda Avropaya hücum hazırlığında olduğu barədə səsləndirilən fikirləri ziddiyyətlidir”.
Army.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, bir tərəfdən Rusiyanın müharibədə uduzduğu iddia edilir və bu səbəbdən Ukraynaya hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanır. Digər tərəfdən isə Moskvanın Avropaya qarşı mümkün hücuma hazırlaşdığı bildirilir:
“Prezident Vladimir Putin dəfələrlə Rusiyanın heç bir ölkəyə hücum etmək niyyətində olmadığını açıqlayıb”.
Lavrov bununla belə, Qərbin Rusiyaya qarşı hərbi əməliyyata hazırlaşması ilə bağlı ritorikanın real hazırlıqları ifadə etməsi halında vəziyyətin tamamilə fərqli xarakter alacağını bildirib.
“Əgər bütün bu söhbətlər o deməkdirsə ki, siz özünüz hücuma hazırlaşırsınız, sizi əmin edirəm: müharibə tamamilə başqa olacaq və çox qısa çəkəcək”, – deyə Lavrov bildirib.
