Ev Dünya“Trampa Zelenskiyə təzyiq göstərməməyi dedim” – Kuşner

“Trampa Zelenskiyə təzyiq göstərməməyi dedim” – Kuşner

by Baş Redaktor
53 Baxış

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı təzyiqlərin dayandırılması üçün Amerika liderinə təsir göstərməyə çalışdığını bildirib.

Army.az xəbər verir ki, Kuşner bu barədə “New York” jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Zelenski və komandasının əldə olunmuş razılaşmaları ictimaiyyət qarşısında müzakirə etmə tərzi danışıqlar prosesinə və görülən işlərə mənfi təsir göstərir.

Kuşner qeyd edib ki, Zelenskiyə müharibənin dayandırılması və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin əldə olunmasından sonra diqqəti iqtisadiyyata yönəltməyi, ölkənin bərpasına isə şəxsən rəhbərlik etməyi təklif edib.

banner

Əlaqəli Yazılar Xüsusi