ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” ilə 1 milyard dollardan çox dəyəri olan müqavilə imzalayıb.
Army.az xəbər verir ki, müqavilə çoxsaylı raket atəşi sistemlərinin (HIMARS) istehsalını nəzərdə tutur.
Bu sistemlərin ABŞ ordusunun təcili ehtiyaclarını qarşılamaq üçün istehsal olunduğu bildirilir. Onlar həm quru qoşunlarına, həm də Dəniz Piyadaları Korpusuna veriləcək.
Eyni zamanda sistemlərin Avstraliya, Kanada, Estoniya, İsveç və Tayvan kimi ölkələrə də tədarük ediləcəyi açıqlanıb.
Müqavilənin tamamlanma tarixi 30 aprel 2028-ci il kimi göstərilir.
