Ev DünyaTokayev Putinə çağırış etdi: Ukrayna münaqişəsini dayandırın

Tokayev Putinə çağırış etdi: Ukrayna münaqişəsini dayandırın

by Baş Redaktor
79 Baxış

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putini Ukrayna münaqişəsinin dayandırılması və sülh danışıqlarının bərpasına çağırıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Məlumata görə, Tokayev Moskvaya İstanbul formatında aparılmış danışıqlara qayıtmağı və yeni sülh müzakirələrinə başlamağı təklif edib.

“Bəlkə də bu münaqişəni dayandırmağın və “İstanbul 2.0” formuluna qayıtmağın vaxtıdır. Həmin danışıqlarda əhəmiyyətli nəticələr əldə olunmuşdu. Böyük dövlətlərin, o cümlədən Rusiyanın zəmanətləri ilə çoxdan gözlənilən sülhə doğru irəliləmək mümkündür”, – deyə Qazaxıstan Prezidenti bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi