Ev DünyaHörmüz boğazı ilə bağlı yeni təşəbbüs: Oman İrana plan təqdim etdi

Hörmüz boğazı ilə bağlı yeni təşəbbüs: Oman İrana plan təqdim etdi

by Baş Redaktor
24 Baxış

Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin gücləndirilməsi və hərəkətin daha səmərəli şəkildə tənzimlənməsi məqsədilə İrana yeni təşəbbüs irəli sürüb. Körfəz ölkələrinin də dəstək verdiyi plan boğazdan istifadə edən gəmilər üçün könüllü ödəniş mexanizminin tətbiqini nəzərdə tutur.

Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata əsasən, təşəbbüsün əsas məqsədi Hörmüz boğazında ticarət gəmiçiliyinin fasiləsiz fəaliyyətini təmin etmək və regionda artan gərginliyin azalmasına töhfə verməkdir.

Təklifə görə, boğaz üzərində nəzarət yalnız İranın səlahiyyətində olmayacaq. Eyni zamanda, gəmilərdən alınması nəzərdə tutulan ödənişlərin məcburi deyil, könüllü əsasda həyata keçirilməsi planlaşdırılır.

banner

Əlaqəli Yazılar Xüsusi